Bu gün Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.
Milli.Az apasport.az-a istinadən bildirir ki, turun ilk günündə iki matç baş tutacaq.
Şamaxıda eyniadlı komanda "Zirə" ilə üz-üzə gələcək. Son 4 matçında uduzmayan Vüqar Əsgərlinin yetirmələri uğurlu seriyanı davam etdirərək təhlükəli zonadan uzaqlaşmaq niyyətindədir. Rəşad Sadıqovun komandası səfər qələbəsi ilə "Neftçi"yə yaxınlaşmağı hədəfləyib.
Günə "Qarabağ" və "Qəbələ" arasında qarşılaşma ilə yekun vurulacaq. Beş gün əvvəl kubokda üz-üzə gələn rəqiblər cavab görüşü öncəsi Premyer Liqada da qarşılaşacaq. Məğlubiyyətsiz irəliləyən Qurban Qurbanovun komandası bu oyunda da uduzmasa, qış çempionluğunu təmin edəcək. Qonaqlar isə "dördlük"dən uzaq düşməmək üçün qalib gəlməyə çalışacaq.
Qeyd edək ki, tura dekabrın 15-də yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XVII tur
13 dekabr (çərşənbə axşamı)
14:00. "Şamaxı" - "Zirə"
Şamaxı şəhər stadionu
19:00. "Qarabağ" - "Qəbələ"
"Azersun Arena"
1 |
Qarabağ |
16 |
14 |
2 |
0 |
44-8 |
44 |
2 |
Sabah |
16 |
12 |
3 |
1 |
32-11 |
39 |
3 |
Neftçi |
16 |
10 |
2 |
4 |
31-19 |
32 |
4 |
Zirə |
16 |
8 |
2 |
6 |
18-22 |
26 |
5 |
Qəbələ |
16 |
7 |
3 |
6 |
20-17 |
24 |
6 |
Turan Tovuz |
16 |
4 |
4 |
8 |
11-21 |
16 |
7 |
Şamaxı |
16 |
2 |
6 |
8 |
14-25 |
12 |
8 |
Səbail |
16 |
2 |
4 |
10 |
13-25 |
10 |
9 |
Kəpəz |
16 |
2 |
4 |
10 |
12-31 |
10 |
10 |
Sumqayıt |
16 |
1 |
6 |
9 |
8-24 |
9 |
Bombardirlər: Ramil Şeydayev ("Qarabağ") - 12 qol, Musa Qurbanlı ("Qarabağ") - 11 qol, Emin Mahmudov ("Neftçi") - 9 qol
Milli.Az