İdman

Messi Niderland millisinin futbolçusunu təhqir etdi

10 Dekabr 2022 10:57
Baxış: 1 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Argentina millisinin futbolçusu Lionel Messi Qətərdə keçirilən dünya çempionatının 1/4 final oyunundan sonra Niderland yığmasının üzvü Vaut Veqhorstu təhqir edib.

Milli.Az "report"a istinadən bildirir ki, "TyC Sport"un canlı efirində iki oyunçu arasında insident yaşanıb.

35 yaşlı hücumçu Veqhorsta "nəyə baxırsan, axmaq? Get buradan" deyib.

Qeyd edək ki, Argentina komandası əsas və əlavə vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında rəqibini üstələyib - 4:3.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.