DÇ-ni izləmək üçün 6 min km velosiped sürdü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Futbol üzrə Serbiya millisi ötən gün Qətərdəki dünya çempionatında ilk matçına çıxdı. Braziliya yığması ilə qarşılaşan Avropa təmsilçisi meydanı 0:2 hesablı məğlubiyyətlə tərk etdi.
Milli.Az matc.az-a istinadən bildirir ki, Bu qarşılaşmanı izləmək üçün həm Serbiyadan, həm də Avropanın digər ölkələrindən Qətərə xeyli serbiyalı azarkeş yollanıb.
Onların arasında coğrafiya elmləri üzrə professor Zoran Jivlyak öz adından daha çox söz etdirməkdədir. Məsələ burasındadır ki, o, Qətərə getmək üçün düz dörd ay öncə yola çıxıb. Mundiala velosipedlə yollanmağa qərar verən 62 yaşlı professor Novi-Sad şəhərindən Dohaya qədər bir sıra ölkələrdən keçib.
Belə ki, Jivlyak Bolqarıstan, Gürcüstan, Ermənistan, İran, BƏƏ və Səudiyyə Ərəbistanı kimi ölkələrdə günlərlə velosiped sürüb və 6000 km yol qət edib.
Jivlyak bu səyahəti ilə bağlı fikirlərini də bölüşüb: "Özümlə yalnız çadır və müxtəlif havalarda geyinmək üçün paltarlar götürmüşdüm. Yolçuluq zamanı demək olar ki, hər gün gərgin anlar yaşamışam. Məsələn, Gürcüstanda və Ermənistanda velosipedlə irəliləməyin mümkünsüz olduğu yollar var idi. Amma əsas odur ki, məqsədimə çatdım. Məni ən çox heyrətləndirən isə İran oldu. Ora o qədər gözəldir ki, hələ də təsiri altındayam".
Qətərdəki mundial bir neçə Olimpiadanı da canlı izləmiş Zoran Jivlyak üçün dördüncü dünya çempionatıdır. O, Dohada Serbiya yığmasının üzvləri ilə görüşüb. Millinin kapitanı Duşan Tadiç isə ona yığmanın formasını hədiyyə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
XƏBƏR LENTİ
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi





