İdman

Vuşkoviç futboldan kənarlaşdırıldı

13 Noyabr 2022 16:41
Baxış: 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya Futbol Assosiasiyasının (DFB) Nəzarət Komitəsi "Hamburq"un müdafiəçisi Mario Vuşkoviçi müvəqqəti olaraq futboldan kənarlaşdırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, buna antidopinq qaydalarını pozmaqda şübhəli bilinən xorvatiyalı oyunçu ilə bağlı araşdırmaların başlaması səbəb olub.

Almaniya Milli Antidopinq Agentliyinin (NADA) 21 yaşlı futbolçudan götürdüyü qan nümunəsində eritropoetin aşkarlanıb.

DFB-nin İdman məhkəməsi növbəti addımlar barədə gələn həftənin əvvəlində qərar verəcək.

Qeyd edək ki, Mario Vuşkoviç bu ilin iyulundan "Hamburq"da çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.