İdman

Hava hücumu xəbərdarlığı edildi, oyun yarımçıq dayandı

25 Oktyabr 2022 08:48
Baxış: 1 390
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Ukrayna çempionatının 9-cu turunun "Krivbas" və Kirovoqrad vilayətinin "İnqulets" komandalarının qarşılaşması hava hücumu xəbərdarlığı səbəbindən dayandırılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Kiyevdəki "Olimpik" stadionunda baş tutan matç ilk hissə gedərkən yarımçıq qalıb.

Həmin vaxt hesab 0:0 olub. Daha sonra oyun qaldığı yerdən davam etdirilib və yekunda "Krivbas" 2:1 hesabıyla qalib gəlib.

Qeyd edək ki, ötən gün Ukraynanın bütün bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Daha öncə də Ukraynada bir neçə futbol matçı oxşar xəbərdarlıqlara görə yarımçıq dayandırılmışdı və bir neçə cəhddən sonra sona çatdırılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.