İdman

Hava hücumu xəbərdarlığı edildi, oyun yarımçıq dayandı

24 Oktyabr 2022 23:41
Baxış: 1 294
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Ukrayna çempionatının 9-cu turunun "Krivbas" və Kirovoqrad vilayətinin "İnqulets" komandalarının qarşılaşması hava hücumu xəbərdarlığı səbəbindən dayandırılıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, Kiyevdəki "Olimpik" stadionunda baş tutan matç ilk hissə gedərkən yarımçıq qalıb.

Həmin vaxt hesab 0:0 olub. Daha sonra oyun qaldığı yerdən davam etdirilib və yekunda "Krivbas" 2:1 hesabıyla qalib gəlib.
 
Bu gün Ukraynanın bütün bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Daha öncə də Ukraynada bir neçə futbol matçı oxşar xəbərdarlıqlara görə yarımçıq dayandırılmışdı və bir neçə cəhddən sonra sona çatdırılmışdı.
 
"Krivbas" 6 xal toplayıb və turnir cədvəlində 13-cü yerdədir. "İnqulets" isə 4 xalla 15-ci sırada qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.