İdman

DÇ-2022-nin 31-ci iştirakçısı Avstraliya oldu!

14 İyun 2022 07:05
0 Şərh     Baxış: 960
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

DÇ-2022-yə daha bir vəsiqənin sahibi bəlli olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, qitələrarası pley-offda Avstraliya və Peru arasındakı matç 31-ci vəsiqənin sahibini müəyyənləşdirib.

Asiya və Cənubi Amerika təmsilçiləri mundialın keçiriləcəyi Qətərdə qarşılaşıb. "Ahmad bin Ali" stadionundakı görüşün 120 dəqiqəsində qapılara qol vurulmadığından, penaltilər seriyasına müraciət olunub. Həlledici zərbələri daha dəqiq yerinə yetirən avstraliyalılar (5:4) dünya çempionatına vəsiqə qazanan tərəf olub.

Avstraliya mundialın D qrupunda Fransa, Danimarka və Tunislə mübarizə aparacaq.

Qeyd edək ki, DÇ-2022-yə vəsiqə uğrunda son pley-off oyunu bu gün Kosta Rika ilə Yeni Zelandiya arasında keçiriləcək. Final mərhələsi isə noyabrın 21-dən dekabrın 18-dək baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.