İdman

Mahir Emrelinin durumu necədir?

30 Aprel 2022 23:52
0 Şərh     Baxış: 1 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqreb "Dinamo"sunun baş məşqçisi Ante Çaçiç Xorvatiya çempionatının 33-cü turunda  "Lokomotiva" ilə oyun öncəsi keçirilən mətbuat konfransında komandanın zədəli futbolçusu Mahir Emrelinin son durumu haqda danışıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, çiynindən problemi olan millimizin üzvünün Zaqreb derbisində oynayıb-oynamayacağının dəqiqləşmədiyini deyib: "Emrelinin vəziyyətinə baxacağıq. Son məşqdən sonra kimlərin start heyətdə yer alacağı bilinəcək. Futbolçular çalışırlar".

Qeyd edək ki, sabah keçiriləcək "Lokomotiva" - "Dinamo" görüşü Bakı vaxtı ilə saat 21:05-də başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.