İdman

Rusiya klublarını və milli komandasını kompüter oyunundan da çıxartdılar

14 Aprel 2022 09:18
0 Şərh     Baxış: 1 218
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın oyun istehsalı ilə məşğul olan "Electronic Arts" (EA) şirkəti Rusiya klublarını və milli komandasını "FIFA 22" futbol oyununun proqramından xaric edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həmçinin "FIFA 22"də Rusiya Federasiyası ərazisində olan stadionları da seçmək mümkün olmayacaq.

"Electronic Arts"dan verilən məlumatda qeyd olunur ki, şirkət rəhbərliyi və onun əməkdaşları Ukrayna xalqı ilə həmrəydir və Ukraynaya qarşı təcavüzün dayandırılmasına çağırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory