Fransa Liqa 1-in XXV turunda keçirilmiş "Lill" - "Mets" oyununda əlbəyaxa dava olub.
Milli.Az xəbər verir ki, report-un məlumatına görə, "Mets"in baş məşqçisi Frederik Antonetti qarşılaşmanın sonlarında rəqibin idman direktoru Silven Armana hücum edib.
62 yaşlı fransalı mütəxəssis bu hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, görüş qolsuz bərabərliklə yekunlaşıb.
Milli.Az