İdman

""Qarabağ" ciddi rəqibdir" - Fransa saytı

17 Fevral 2022 22:22
0 Şərh     Baxış: 755
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın nüfuzlu "francetvinfo.fr" saytı Qarabağ Futbol Klubunun Marseldə keçirəcəyi oyunu ilə bağlı xəbər yayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, xəbərdə deyilir:

"1951-ci ildə yaradılan Qarabağ Futbol Klubu ciddi qəbul edilməli rəqibdir. 8 dəfə Azərbaycan çempionu olmuş komanda 1990-cı illərin sonlarından Avropada yarışlarda iştirak edir. Uzun illər təsnifat turnirlərində oynayan komanda nəhayət 2014-2015-ci il mövsümündə Avropa Liqasının, 2017-ci ildə isə çempionlar liqasının təsnifat mərhələlərində oynamağı bacardı.

Bu mövsüm komanda Konfrans Liqasının H qrupunda çıxış edib və tarixində ilk dəfə Avropada mərhələyə yüksəlib. Təcrübəli oyunçuları sayəsində Qarabağ rəqibinə hədiyyə etmək niyyətində deyil".

"Laprovence.com" saytı isə stadionun ətrafına çox sayda polis əməkdaşının cəlb edildiyi və çox ciddi təhlükəsizlik tədbirlərinin görüldüyünü xəbər verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.