İdman

“Mahiri komandamızda görmək istəyirik“ - Türkiyəli baş məşqçi

31 Yanvar 2022 20:36
0 Şərh     Baxış: 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dediyim kimi, biz Mahiri komandamızda görmək istəyirik. Düşünürəm ki, o, bizi gücləndirə bilər".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri azerisport.com-a müsahibəsində Türkiyənin "Başakşehir" klubunun baş məşqçisi Emre Belözoğlu bildirib.

Onun sözlərinə görə, hazırda onlar "Legiya" ilə Mahir arasındakı məsələlərin həllini gözləyirlər: "Mahir onu heyətimizə qatmaqla bağlı ciddi niyyətimizdən xəbərdardır. Ümid edirəm ki, tezliklə hər şey həll olunacaq. Biz Mahiri İstanbulda gözləyirik".

Xatıradaq ki, "Legiya" (Polşa) ilə aralarındakı problemə görə Mahir bu qış klubunu dəyişmək istəyir.

Qeyd edək ki, E.Belözoğlu dünən Türkiyənin "Anadolu" agentliyinə verdiyi açıqlamada deyib: "Bəli, Mahir Emreli maraqlandığımız futbolçudur. Bildiyimə görə, Polşada xoşagəlməz bir olayla qarşılaşıb. O vəziyətdən çıxmağa çalışır. Onun transfer məsələsi ilə vitse-prezidentimiz Mustafa Eröğüt çalışır. Mənim məsələ ilə bağlı bilgim bu qədərdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.