İdman

Qış Olimpiadasına gələnlər arasında 36 yeni yoluxma qeydə alınıb

29 Yanvar 2022 08:54
0 Şərh     Baxış: 374

Çində Pekin Qış Olimpiya Oyunlarına gələn insanlar arasında 36 koronavirusa yoluxma halı aşkarlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə təşkilatçı komitənin məlumatında qeyd olunub.

Bildirilib ki, yanvarın 28-də Çinə 1 418 nəfər, o cümlədən 736 idmançı, rəsmi şəxs və 682 "digər maraqlı tərəflərin nümayəndəsi" gəlib. Müayinə nəticəsində 29 yeni yoluxma halı - 19-u idmançı və vəzifəli şəxslər, 10-u maraqlı tərəflərin nümayəndələri arasında qeydə alınıb.

Məlumata görə, əvvəl gəlmişlər arasında daha yeddi müsbət nəticə aşkarlanıb, yoluxmuş şəxslərin hamısı maraqlı tərəflərin nümayəndələri olub.

Xatırladaq ki, daha öncə tədbirə gələnlər arasında virus daşıyıcılarının 88 nəfər olduğuna dair məlumat yayılmışdı.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları 4 - 20 fevralda keçiriləcək. Azərbaycanın fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova olimpiadaya lisenziya qazanıb.

Milli.Az

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics