İdman

Meydançanı qardan Qurban Qurbanovla futbolçular təmizlədi - FOTO

25 Yanvar 2022 20:48
0 Şərh     Baxış: 1 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın Polşanın "Visla" (Krakov) klubu ilə bu günə nəzərdə tutulan yoxlama oyunu baş tutacaq.

Milli.Az "qol.az"-a istinadən xəbər verir ki, görüşün keçiriləcəyi və "Qarabağ"ın məskunlaşdığı idman kompleksinin meydançası qardan təmizlənib.

Maraqlıdır ki, təmizləmə prosesində Ağdam komandasının baş məşqçi Qurban Qurbanov başda olmaqla məşqçi heyəti, bəzi futbolçular, ofis işçiləri, klub rəsmiləri də iştirak ediblər.

Qeyd edək ki, "Qarabağ" bu gün 2 yoxlama oyunu keçirməli idi. Lakin Antalyaya yağan güclü qar səbəbindən Çexiyanın "Bohemians" klubu ilə oyunu ləğv olunub.

"Visla" ilə oyun isə Bakı vaxtı ilə saat 17:45-də başlayacaq. Komandalar arasında əldə edilmiş razılığa əsasən, yoxlama görüşü 3 hissədən ibarət olacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.