Yunan-Roma güləşi üzrə Dünya Kuboku Bakıda keçiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin onlayn iclası keçirilib.
Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyevin də qatıldığı vebinarda bir sıra yarışlarla bağlı önəmli qərarlar verilib. Daha öncə təqvimdə ilin ilk reytinq turniri kimi nəzərdə tutulmuş "Matteo Pellikone" yarışı İtaliyada Omikron virusunun geniş yayılması üzündən təxirə salınıb. Belə ki, İtaliya hökumətinin məlum səbəbdən tətbiq etdiyi sərt məhdudiyyətlər UWW-ni bu addımı atmağa vadar edib. Romadakı yarış 22-25 iyun tarixlərində keçiriləcək. Belə olan halda ilk reytinq yarışı fevralın 24-dən 27-dək İstanbulda təşkil olunacaq ənənəvi xatirə turniri olacaq. İkinci reytinq yarışı Qazaxıstanda (2-5 iyun), mövsümün son reytinq turniri isə Tunisdə (14-17) baş tutacaq.
UWW-nin prezidenti Nenad Laloviç məsələylə bağlı bunları deyib: "İnanırıq ki, bu dəyişikliklər hər il keçirilən reytinq yarışlarına fayda verəcək. Bu turnirlərdə güləşçilərə xallar veriləcək. İlin sonunda toplanan xallara əsasən ən yaxşı güləşçilər müəyyənləşəcək".
Tədbirdə ilin sonunda keçiriləcək Dünya Kubokunun məkanları da müəyyənləşib. Sərbəst və qadın güləşi üzrə Dünya Kuboku 2022-23-cü illərdə İovada (ABŞ) təşkil olunacaq. Yunan-Roma güləşi üzrə analoji yarış isə ölkəmizə həvalə olunub. Bu il noyabrın 5-6-da keçiriləcək yarışa Bakı ev sahibliyi edəcək. Əvvəlki illərdən fərqli olaraq bu dəfə Dünya Kubokunda 8 yox, 6 komandanın iştirakı nəzərdə tutulub. Belə ki, ötən il Norveçdə keçirilən dünya çempionatında komanda hesabında ilk "5-lik"də yer alan Rusiya, İran, Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, dünya yığması (All Star) kubok uğrunda mübarizə aparacaq. Yunan-Roma güləşi üzrə Dünya Kuboku 5 illik fasilədən sonra keçiriləcək. Klassik güləş üzrə millimiz 1 dəfə kuboku başı üzərinə qaldırıb. Komandamız 2015-də Tehranda kubokun sahibi olub.
Qeyd edək ki, daha sonra ölkəmizdə iki dəfə (2004, 2012) sərbəst güləş üzrə Dünya Kuboku keçirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Koutinyo Neymarla komanda yoldaşı oldu
-
Serxio Ramos özünə yeni klub tapdı - İngiltərədə oynayacaq
XƏBƏR LENTİ
-
Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu - Valideynlər bunları bilməlidir
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)





