İdman

"Neftçi"nin yeni transferi: "Bakıya ailəm, hətta itim də gəlib"

7 Yanvar 2022 19:54
0 Şərh     Baxış: 1 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycana qayıtmağıma, bu cür komandanın şərəfini qorumağıma şadam".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Eddi İsrafilov jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi "bu gözəl layihənin bir parçası olmaq üçün səbirsizləndiyini" bildirib: "Qarşıda bizi təlim-məşq toplanışı gözləyir. Bundan sonra keçirəcəyimiz ilk rəsmi oyuna 100 faiz hazır olacağam".

Təcrübəli oyunçu Azərbaycan dilini bilmədiyini etiraf edib: "Burada yaşadığım müddətdə əsas məqsədlərimdən biri bu dili öyrənmək, daha da mükəmməlləşdirmək olacaq. Anam 3-4 yaşımadək mənimlə rus dilində danışıb. Ona görə rus dilini bir az bilirəm. Amma çox istifadə etmədiyimə görə artıq unuduram".

O, "Neftçi"yə keçməmişdən öncə başqa təkliflərinin olduğunu da diqqətə çatdırıb: "Amma mən bu barədə danışmaq istəmirəm. Hazırda "Neftçi"nin futbolçusuyam və burada olduğum üçün xoşbəxtəm".

İsrafilov Azərbaycana ailəsi ilə birlikdə gəldiyini vurğulayıb: "Qızım yenicə dünyaya göz açıb. Bakıya ailəm, hətta balaca itim var, o da gəlib. Hamımız burada xoşbəxt yaşayacağıq".

Futbolçu "Neftçi"dən gələn təklifə anası İradə İsrafilovanın da çox sevindiyini əlavə edib: "Bunlar şəxsi məsələlərdir, ona görə də çox danışmaq istəmirəm".

Qeyd edək ki, Eddi israfilov "Neftçi" ilə 2,5 illik müqavilə imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.