“Sarı canavar”ı ilə xidmət edərkən şəhid olan Əli - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətən mənim bu günüm. Sabahkı toy düyünüm. Haqqım varki öyünüm Azərbaycan deyəndə. Haqq savaşında haqqımız olanı tələb etmək üçün savaşdı. Daim zirvələrə qaldırıb çiynində gəzdirdiyi bayrağa bu dəfə özü büküldü. Söhbət 44 günlük vətən müharibəsində şəhadətə ucalan qəhrəmanlarımızından biri olan Əli Qasımovdan gedir.
''O nə qədər böyüsə də, mənim körpə balam idi. Qoxusu burnumda, həsrəti daim ürəyimdədir''.
Bunlar, 1 ildən artıqdır ki, balasının səsinə, qoxusuna həsrət qalan şəhidimiz Əli Qasımovun anasının sözləridir.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Aynur ana deyir ki, bu dünyanın ən ağır yükü bala dərdi çəkməkdir. Amma tək təsəllisi balasının Şəhid adıdır. İndi Aynur xanım başındakı bala yadigarı olan bu yaylıqla gəzir. Deyir ki, o, övladımın mənə əmanətidir. Ondan alıram oğlumun qoxusunu.
44 günlük vətən müharibəsində şəhadətə ucalmış qəhrəmanlarımızdan olan Əli Qasımov 2001-ci il mayın 20-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə yollanıb. 2-ci Qarabağ döyüşləri başlayanda qəhrəmanımız kəşfiyyat bölüyündə xidmətini davam etdirirmiş. Müharibənin ilk günündən ön xəttə atılan Əli Qasımov Tərtərin Suqovuşan və Talış kəndləri, eləcə də Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib.
Atalar oğullarının güc simvolu olur. Şəhidimizin atası İbrahim Qasımov deyir ki, gücü, qüvvəti övladı Əlinin şəhadətə ucaldığı gündən sanki tükənib. ''2 övladım düşmənlə savaşa girsə də, zabit kimi xidmət edən oğlumun deyil, məhz Əlinin şəhid olacağını hiss etmişdim''-deyə İbrahim Qasımov etiraf edir.
Əli Qasımov ötən il oktybarın 23-də Tərtərin Talış kəndi yaxınlığında döyüş yoldaşını xilas edərkən aldığı qəlpə yarasından şəhadətə ucalıb. Ata-baba yurdu olan Tovuz rayonun Hacalı kəndində dəfn edilib. Qəhrəman şəhidimiz ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
-
Ermənistan Amuldağ yatağında hasilata başlayır: Azərbaycan risklər barədə xəbərdarlıq etmişdi
-
Bazar gününün hava proqnozu açıqlandı
-
90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik
-
DYP sürücülərə müraciət edib
-
Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər
XƏBƏR LENTİ
-
Cüdoçumuz finala yüksəldi
-
Kiyev metrosunda fövqəladə vəziyyət: Qatarlar hərəkətsiz qaldı
-
Qadını şantaj edən gənc həbs edildi
-
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
-
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
-
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
-
Salyanda qatar avtomobillə toqquşdu
-
Ermənistan Amuldağ yatağında hasilata başlayır: Azərbaycan risklər barədə xəbərdarlıq etmişdi
-
İsmayıllıda ev və köməkçi tikilidə yanğın
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qədim Məhəmmədov vəfat etdi
-
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanıldı
-
ABŞ-da atışma nəticəsində 5 nəfər öldü
-
90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik
-
Mingəçevirdə kişi bədbəxt hadisə nəticəsində öldü
-
5 boksçumuz Avropa çempionatının finalına yüksəldi
-
Oktyabrda həyatı dəyişəcək dörd bürc - Yeni səhifə açılır
-
Masazırda 4 avtomobil yanıb kül oldu - (Yenilənib/Video)
-
DYP sürücülərə müraciət edib
-
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
-
Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - Sərəncam
-
Azərbaycan neftinin qiyməti ucuzlaşdı
-
Meksikanın Deputatlar Palatasında azərbaycanlı rəssam Mehriban Alışovanın əsərlərindən ibarət “Azərbaycan: təbiətin palitrası” adlı sərginin açılışı olub - (Video/Foto)





