Cəmiyyət

İnsanın ruhunu oxşayan Göygölün payız mənzərəsi - FOTOREPORTAJ

15 Noyabr 2021 22:55
0 Şərh     Baxış: 1 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göygöl milli parkı ilin hər fəslində olduğu kimi, payızda da ecazkar gözəlliyə bürünür. Sıx meşələrlə əhatə olunan Kəpəzin başını qarlar örtsə də, sanki yazın əvvəlidir. Bu gözəlliyə payızın qızılı rəngi əlavə yaraşıq qatır. Bir tərəfdə yerə səpələnmiş şehli yarpaqların altından boy atan göbələklər, çiçəklər, digər tərəfdə isə yaşıl çəmənlər milli parkın florasının zənginliyindən xəbər verir.

Gözəlliyi və füsunkarlığı ilə diqqət çəkən Göygöl Milli Parkının mənzərəli təbiəti yayda olduğu kimi, payız fəslində də insanın ruhunu, qəlbini oxşayır.

Milli.Az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Göygölün payız mənzərəsini əks etdirən şəkilləri çəkib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.