Cəmiyyət

İynəsiz peyvənd edə bilən robot hazırlandı

9 Noyabr 2021 19:40
1 Şərh     Baxış: 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadada iynəsiz peyvənd edə bilən "Cobi" adlı yeni robot hazırlanıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Vaterloo Universitetinin tədqiqatçıları Tim Lasvel və Nima Zamaninin hazırladığı avtonom robot COVİD-19 peyvəndini iynə əvəzinə yüksək təzyiqli zərdabla bədənə daxil edir.

Robot LİDAR adlı xəritəçəkmə sensorlarından istifadə edir. Bu texnologiya sayəsində "Cobi" insanın bədəninin modelini yaradır. Süni intellektə malik robot peyvənd üçün ən uyğun bölgəni müəyyənləşdirir.
Bildirilib ki, "Cobi"nin kommersiya istifadəsinə hazır olması üçün iki il lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.