Cadu etməyin və etdirməyin hökmü nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gələcəkdən xəbər vermə, falçılıq və cindarlıq kimi fəaliyyətlərin ən ağırı cadugərlikdir. Cadu kəlməsi ovsun, sehr və cindarlıq fəaliyyətlərini əhatə edən, insana ruhi və psixoloji cəhətdən öz təsirini göstərərək, təbiət qanunlarına zidd hadisələr meydana gətirmə və insanları yanıltma sənətinin adıdır.
Qurani-Kərimdə müxtəlif peyğəmbərlərin sehrbazlıqla ittiham olunduqları, vəhyin bir sehr və peyğəmbərlərin də sehrbaz olmadığı, Hz. Məhəmmədə nazil olan vəhyin real həqiqət olduğu, sehrbazların yalançı və saxtakar olduqları bəyan edilmişdir.[1] Hədislərdə sehr etmə yeddi günah arasında sayılmışdır.[2] Çünki caduda Allah-Təalanın iradə və gücünün fövqündə işlər icra etmə iddiası mövcuddur. Məhz bu səbəblə İslam cadu etmə və etdirməyi qadağan etmiş və onu böyük günahlar çərçivəsinə daxil etmişdir.
Cadu olunmuş kəslərin bunun təsirindən qurtulmaq üçün bu işi peşə olaraq seçən şəxslərə müraciət etməsi çox təhlükəlidir. Belə ki, Hz. Məhəmmədə də yəhudilər tərəfindən cadu olunmuş və Quranın axırıncı iki surəsi bir növ cadunun təsirini məhv etmək məqsədilə nazil olmuşdur.
(Ya Peyğəmbər!) De: "Pənah aparıram sübhün Rəbbinə! Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən; Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən; (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən; Və bir də paxıllığı tutanda paxılın şərindən!"[3]
(Ya Peyğəmbər!) De: "Pənah aparıram insanların Rəbbinə; İnsanların ixtiyar sahibinə; İnsanların tanrısına; Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərində. O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!"[4]
Quranın "müəvvizəteyn (iki qoruyan, fələq və nəs surələri)" adını alan son iki surəsinin nazil olma səbəbi əksər alimlərə görə, Mədinədə yəhudi Ləbid İbn Asimin Hz. Peyğəmbərə etdiyi cadu hekayəsidir. Belə ki, Allahın Rəsulu bir neçə gün narahat olduqda, iki mələk yanına gələrək cadu haqqında xəbər vermişdi. Hz. Peyğəmbər bir neçə səhabə ilə birlikdə Zərvan quyusuna getmiş və quyunun qapağının altından erkək xurma çiçəyi, Hz. Peyğəmbərin darağı və üstündə onun saçından tellər tapılmışdı. Eyni zamanda mumdan düzəldilmiş bir surətə batırılmış iynələr və on bir ədəd düyünlü iplər tapılmışdı. Həmin ərəfədə Cəbrail (ə.s) müəvvizəteyn surələrini gətirmiş və hər ayə oxuduqda, bir düyünün açılacağı bildirmişdi. Düyünlər açılıb, iynələr çıxarılarkən ağrılar hiss edən Hz. Peyğəmbər axırda özünü tamamilə rahat hiss etmiş və bundan qurtulmuşdu."[5]
Nəticə etibarilə cadudan təsirləndiyini hiss edən şəxs ilkin mərhələdə Allaha sığınmalı, ibadət və dua etməli, yoxsullara sədəqə verməlidir. Eyni zamanda yaxşı olardı ki, dini biliklərə yiyələnmiş və bildiyi ilə əməl edən mötəbər alimlərə də müraciət edib bu mövzuda məsləhətlər alsın.
Həmdi Döndürənin "Dəlilləriylə İslam Elmihalı" kitabından istifadə edilmişdir.
[1]Əraf, 7/116; Yunis, 10/76, 77; Taha, 20/69; Züxruf, 43/30; Zariyat, 51/52.
[2]Buxari, Vəsaya, 25; Müslim, İman, 144.
[3]Fələq, 113/1-5.
[4]Nəs, 114/1-6.
[5]Buxari, Tibb, 39, Fəzailul-Quran, 14; Əbu Davud, Ədəb, 98; Tirmizi, Dəavat, 21.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda məşhur şadlıq evləri saxta kürü satır - Siyahı - FOTO
-
Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ - YENİLƏNİB
-
Asfalt yolu və marşrut xətti olmayan qəsəbə sakinləri çarəsiz qalıb
-
İcra başçısının köməkçisi öldü - FOTO
-
Məşhur bazara giriş 50 qəpikdən 5 manata QALDIRILIR?
-
Qərar verilib, amma icra yoxdur: Əlilliyi olan qadın 17 ildir mənzil gözləyir
XƏBƏR LENTİ
-
Aeroport yolunda ağır qəza - ölən var
-
Azərbaycanda məşhur şadlıq evləri saxta kürü satır - Siyahı - FOTO
-
Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ - YENİLƏNİB
-
“Neftçi” darmadağınla qələbə qazandı
-
Asfalt yolu və marşrut xətti olmayan qəsəbə sakinləri çarəsiz qalıb
-
İcra başçısının köməkçisi öldü - FOTO
-
Beynəlxalq Xalça Festivalı uğurla başa çatdı - FOTO
-
Məşhur bazara giriş 50 qəpikdən 5 manata QALDIRILIR?
-
Filarmoniyanın aprel ayında keçirilmiş abonement konsertləri - FOTO
-
Qərar verilib, amma icra yoxdur: Əlilliyi olan qadın 17 ildir mənzil gözləyir
-
"Kurtlar Vadisi"nin aktyoru VİDEOsu ilə gündəm oldu
-
Sürücülərin DİQQƏTİNƏ: Bu yol ÇÖKDÜ
-
Nikahda YENİLİK: Yüzlərlə qadın belə etdi
-
Qurban Qurbanov ilk maaşından DANIŞDI: "70 manat almışdım..."
-
Britni Spirslə bağlı QƏRAR: Bu cəza verildi
-
Axtarışda olan iş adamı timsahın mədəsində tapıldı - VİDEO
-
Pula pul demir, anası "Qocalar evi"ndə yaşayır - VİDEO
-
Paytaxtda məktəbdə 7 şagird qoğaldan ZƏHƏRLƏNDİ - FOTO
-
Aeroport yolunda ağır QƏZA - Ölən var
-
Tolik küsülü 2 müğənnini BARIŞDIRDI - VİDEO
-
"Met Qala 2026": Ən çox danışılan geyimlər, qeyri-adi dizaynlar... - FOTO
-
Zelenski “sükut rejimi” elan etdi
-
Faciəvi şəkildə ölən qazinin toy görüntüsü: 2 ay əvvəl EVLƏNMİŞDİ - VİDEO
-
Hörmüzdə əməliyyat zamanı İranın məkanına girilməyəcək





