Cəmiyyət

Bu gündən V-XI siniflərdə və ali məktəblərdə dərslər başlayır

29 Sentyabr 2021 07:05
0 Şərh     Baxış: 1 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gündən Azərbaycanın bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa edilir.

Milli.Az bildirir ki, sentyabrın 22-dən ümumi təhsil müəssisələrinin I-IV sinifləri ənənəvi tədrisə başlayb. Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblər üzrə 471 661 şagird təhsil alacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.