Cəmiyyət

Koronavirusun mənşəyi araşdırılır

28 Sentyabr 2021 09:30
0 Şərh     Baxış: 1 149
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ÜST yeni alimlər qrupunun SARS-CoV-2 koronavirusunun mənşəyi ilə bağlı araşdırmanın yenidən başladığını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yeni komandanın 20 nəfərdən ibarət olacağı bildirilir. Buraya bio təhlükəsizlik, genetika, laboratoriya təhlükəsizliyi üzrə mütəxəssislər və heyvan xəstəlikləri üzrə ekspertlər daxil olacaq. Alimlər Çində və digər ölkələrdə araşdırmalar aparmağı planlaşdırırlar.

Xatırladaq ki, ÜST yeni bir araşdırmanın başladığını Uhandan ilk qrup alimlərin geri dönməsindən bir neçə ay sonra açıqlayıb. Mütəxəssislər koronavirusun mənşəyinə dair bir neçə versiya hazırlayıblar. Ən çox ehtimal olunan versiya bu virusun insanlara yarasalardan ötürülməsi idi.

Tədqiqatçıların qarşısında duran yeni tapşırıq infeksiyanın daha da yayılmasının qarşısını almağa kömək edəcək məlumatların tapılmasına yardımçı olmaq və insanların davranışlarının yeni xəstəliklərin ortaya çıxmasına necə təsir edəcəyini müəyyənləşdirmək olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.