Cəmiyyət

Balakəndə də torpaq sürüşdü

3 May 2010 13:19
Baxış: 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yerli sakinlərin sözlərinə görə, ötən gündən başlayaraq Gürcüstanla həmsərhəd olan Mazımqara kəndinə gedən yolda, dağ ətəyində torpaq sürüşməsi olub. Bu səbəbdən Mazımqara kəndinə gedən yol bağlanıb.

Balakən rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Azad Vəliyev faktı təsdiqləyib. A.Vəliyevin sözlərinə görə, torpaq sürüşməsi kənddən təqribən 2500 metr məsafədə dağlıq ərazidə baş verib. Belə ki, dağın ətəyindən 40-50 metr uzunluğundaki məsafədə sürüşmə baş verərək Mazımqara kəndinə gedən yolu bağlayıb. Hadisə baş verən yerə Balakən rayon FHK əməkdaşları və texnika cəlb edilib, kəndə gedən yol torpaq uçqunundan və dağ suxurlarından təmizlənib. Torpaq sürüşməsinə son 15 gündə rayon ərazisinə normadan artıq yağıntının düşməsi səbəb olub.

Sürüşmənin bundan sonra da davam edəcəyi gözlənilir. Bu səbəbdən Balakən FHK-nın əməkdaşları ərazini nəzarət altına alıb, sürüşmə baş verən əraziyə müvafiq texnika cəlb edilib.

Qeyd edək ki, Balakən rayonunun Mazımqara kəndi Böyük Qafqazın ətəyində yerləşir. Kənd qərbdən Gürcüstanla, şimaldan isə dağlar vasitəsi ilə Dağıstan Respublikası ilə həmsərhəddir.

/APA/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.