Yəməndə zabit, Bakıda komsomolçu, iki ölkədə səfir olan nazir - UNUDULAN MƏMURLAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar ki, qibtə belə edirdilər. Amma indi...
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. İndi də iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.
Bu dəfə Azərbaycanın keçmiş xarici işlər naziri , Azərbaycanın Latviyadakı və Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Tofiq Zülfüqarovdan bəhs edəcəyik.
Lent.az-ın məlumatına görə Tofiq Nadir oğlu Zülfüqarov 1959-cu il noyabrın 1-də Rusiyanın Rostov şəhərində həkim ailəsində anadan olub. 1961-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. 1966-1976-cı illərdə Bakı şəhərində 193 saylı orta məktəbdə təhsil alıb. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili və ədəbiyyatı şöbəsinə daxil olub, 1981-ci ildə ərəb dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnib.
1981-ci ildə SSRİ Silahlı Qüvvələri sıralarına çağırılıb, Yəmən Xalq Demokratik Respublikasının paytaxtı Ədən şəhərində yerləşən Sakit okean hərbi-dəniz donanmasında xidmətə göndərilib. 1984-cü ildən ehtiyatda olan zabitlər sırasına daxil olub.
Elə həmin ildə Bakı şəhəri Lenin rayonu Komsomol Komitəsinə işə dəvət olunub, bir ildən sonra Azərbaycan Respublikası Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna keçib və burada 1990-cı ilə qədər işləyib. Sonra isə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutuna elmi işçi vəzifəsinə təyin olunub.
1988-ci ildə Qarabağ münaqişəsinin yaranmasından sonra digər elmi işçilərlə birlikdə Azərbaycan KP MK-nın ekspert-analitik qrupuna göndərilib. Bu dövr ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində separatçı qüvvələrə qarşı təbliğat-təşviqat işini təşkil etmək üçün uzun müddətə Xankəndi, Ağdam, Şuşa və Laçında olub.
1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi münaqişənin nizamlamağı öz üzərinə götürdükdən sonra Zülfüqarov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə işə göndərilib. 1994-cü ilin iyununda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini təyin olunub. 1998-ci ilin yanvarında Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin sərəncamı ilə Zülfüqarov Tofiq Nadir oğluna Fövqəladə və Səlahiyyətli səfir ali diplomatik rütbəsi verilib. 1998-ci il martın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri təyin olunub.
1999-cu il oktyabrın 25-də xarici işlər naziri Tofiq Zülfüqarov istefa verib. İstefadan sonra T. Zülfüqarov fəal ictimai-siyasi fəaliyyətini davam etdirib. T. Zülfüqarov 2005-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
T. Zülfüqarov, Latviyada səfir olduğu zaman iqamətgahı Riqa şəhərində olmaqla Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri də təyin edilib. 2010-cu ilin oktyabrda Latviyada səfir vəzifəsindən geri çağırılan T. Zülfüqarov iqamətgahı Tallin şəhərində olmaqla Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.Tofiq Zülfüqarov 2015-ci ildə Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.
Azərbaycanın keçmiş xarici işlər naziri , Azərbaycanın Latviyadakı və Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Tofiq Zülfüqarov hazırda təqaüddədi. Müntəzəm olaraq yerli və xarici KİV-də beynəlxalq proseslərlə bağlı müsahibələrlə çıxış edir. Rus, ərəb, ingilis dillərini bilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıdakı dəbdəbəli toy diqqət çəkdi - (Foto-Video)





