Cəmiyyət

Bu il 700 bal toplayan olmayıb - Səbəb nədir? - VİDEO

12 Avqust 2021 11:59
1 Şərh     Baxış: 1 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb. Lakin bu il imtahanlardan ən yüksək nəticəni əldə edən olmayıb. Ekspertlərə görə, bu hal gözlənilən idi, çünki müharibə və pandemiya şəraiti təhsilin keyfiyyətinə öz təsirini göstərməyə bilməzdi.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, təhsil eksperti Səbuhi Abdullayev deyib ki, belə şəraitdə mütləq Dövlət İmtahan Mərkəzi müvafiq addımlar atmalıydı.

"Bundan sonrakı illərdə də çoxlu sayda 700 bal toplayan tələbə görməyəcəyik. Çünki təhsildə, xüsusilə də imtahanlarda tətbiq olunan qaydalar buna imkan verməyəcək",-deyə ekspert əlavə edib.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə isə hər iki imtahan nəticələrində kifayət qədər yüksək bal toplayan abituriyentlər var ki, onların nəticələri maksimal baldan elə də uzaq deyil. 1-ci ixtisas qrupunda 697,  4-cü ixtisas qrupunda  692, 3 və 5-ci ixtisas qruplarında 680, 2-ci ixtisas qrupunda 691 kimi maksimal nəticəni göstərənlər var ki, bunlar da elə 700 bala bərabər götürülməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.