Diaspor nümayəndələri qaziləri ziyarət edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaddaqalan Şuşa səfərindən sonra Azərbaycanda olan diaspor nümayəndələrinin təşəbbüsü və təşkilatçılığı ilə Buzovna qəsəbəsindəki Sanator-Kurort Reabilitasiya Mərkəzində müalicələrini davam etdirən hərbçilərlə görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, görüş zamanı diaspor nümayəndələri reabilitasiya mərkəzində hərbçilərin müalicəsi və burada onlar üçün yaradılan şəraitlə yaxından tanış olublar. Bildirilib ki, bu günə qədər mərkəzdə 1200-dən çox qazi nevroloji, psixoloji və fizioterapevtik müalicə alıb.
Komitənin şöbə müdiri Səlhət Abbasova çıxış edərək dövlət tərəfindən qazilərimiz, eləcə də şəhid ailələri üçün hər cür şəraitin yaradıldığını, lakin bununla belə, hər bir azərbaycanlının qazilərə, şəhid ailələrinə qayğı göstərməyi özlərinə mənəvi borc hesab etdiyini bildirib.
Qazilərimizə tezliklə sağalmağı, ailələrinin yanına və xidmət yerlərinə qayıtmağı arzu edən qonaqlar bildiriblər ki, xaricdə yaşayan həmvətənlərimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda qanını, canını fəda etmiş Vətən övladları ilə fəxr edirlər, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin, eləcə də qazi və şəhidlərimizin sayəsində artıq yaşadıqları ölkələrdə başı uca gəzirlər . Diaspor nümayəndələrindən Tərlan Qasımov qazimiz Əliyev Rafiqin müalicə xərclərini və bir şəhid ailəsini, Uğur Əfəndiyev şəhid ailələrindən birini öz himayəsinə götürüb. Almaniyada yaşayan azərbaycanlı sənətçi Zahid Quliyev qazilər qarşısında çıxış edib və onlara musiqi disklərini hədiyyə edib.
Diaspor nümayəndələri həmçinin Reabilitasiya Mərkəzində sanator-kurort və bərpa-müalicə xidmətlərindən yararlanan şəhid ailələrinin üzvləri, şəhid xanımları və şəhid övladları ilə də görüşüblər. Diaspor nümayəndələrinin təşəbbüsü ilə burda olan uşaqlar üçün əyləncəli şou proqram təşkil olunub. Şou proqramdan sonra uşaqlara hədiyyələr verilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çiçək və ya şabalıd deyilmiş - Ən sağlam bal açıqlandı
-
Kərə yağını kimlər yeməməlidir? – Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Günün qoroskopu: Kiçik səhvləri faciəyə çevirməyin
-
"Sən mənim başımı yerə soxmusan" deyib hamilə bacısı bıçaqladı - Yenilənib - (Video)
-
“Sehrli xalat”ın Rəşidi niyə gülə bilmirdi? – Məşhur filmin kamera arxası - (Foto)
-
Lixtenşteyn - Azərbaycan oyunu başlayıb - Yenilənib
-
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi
-
Rusiyada ağır qəzada azərbaycan vətəndaşı həlak oldu - (Video)
-
83 yaşlı Robert De Niro 47 yaşlı xanımı ilə - (Foto)
-
Sumqayıtda zavodda bıçaqlanan şəxs mühafizəçi imiş
-
Yük avtomobili ilə sürücülərin həyatını risk altına atanların məsuliyyəti nədir? - (Video)
-
Ağstafada üç nəfərin yaralandığı qəzanın təfərrüatı - (Video)
-
Vətalət Mehdiyeva vəfat etdi





