“YAŞAT” düşərgəsinin ikinci həftəsi davam edir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"YAŞAT" Fondunun və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinin ikinci həftəsi davam edir.
Milli.Az xəbər verir ki, düşərgənin ikinci günündə iştirakçılar üçün "face-art" tədbiri təşkil olunub.
Ardınca bu il 90 illik yubileyi qeyd edilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi tərəfindən "Şəngülüm, Məngülüm" tamaşası nümayiş etdirilib.
Həmçinin Xanbulan gölünə və Hirkan Milli Parkına ekskursiya təşkil olunub.
Şəhidimiz Ariz Məhərrəmovun övladı Mədinə Məhərrəmovanın doğum günü də "YAŞAT" düşərgəsində qeyd edilib. Günə musiqili əyləncə proqramı ilə yekun vurulub.
Düşərgənin üçüncü günündə ilkin olaraq səhər idmanı, ardınca isə psixoloqlarla görüş və uşaq parkında əyləncə saatı təşkil olunub.
Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub.
Düşərgənin ikinci həftəsi də şəhidlərimizin 8-11 yaş kateqoriyasında olan övladlarını əhatə edir.
Həmçinin tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilir.
Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçiriləcək, o cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgə dən sonra müalicə prosesinə cəlb olunacaqlar.
2021-ci ilin 12 iyul tarixindən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcəkdir.
Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.
Düşərgənin baş sponsorları "Lankaran springs" otel, "PMD Hospitality"dir.
Sponsorlar: "Elektron Hökumətin İnkişafı Mərkəzi", "İnnovasiyalar Mərkəzi", "PAŞA Həyat", "Bravo", "Nar", "Gazelli Group", "Rabitəbank", "Turanbank", "Decoria", "Port of Baku", "AMO Group", "Slavyanka", "Azərsun", "Shokki Mokki", "Mango", "Next", "Ali Nino", "Oven", "Civil", "Happy day cake", Azərbaycan Futbol Federasiyaları Assosiasiyası(AFFA), "Gənc Psixoloqlar" İctimai Birliyi
Logistika dəstəyi: Bakı Nəqliyyat Agentliyi
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
XƏBƏR LENTİ
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək
-
“Brent” markalı neftin qiyməti ucuzlaşdı
-
Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
-
"İran yaralanıb, amma ləyaqətini qoruyub saxlayır"





