Cəmiyyət

Şəhidin xatirəsi əbədiləşdirildi - VİDEO

16 İyul 2021 00:47
0 Şərh     Baxış: 1 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaradağda Əliheydər Kazımovun adını daşıyan bulağın açılışı oldu

Milli.Az Real TV-ə istinadən bildirir ki, Bakının Qaradağ rayonunda 1 -ci Qarabağ müharibəsi qəramanı Əliheydər Kazəmovun xatirəsinə həsr olunan bulağın açılışı oldu. Açılış mərasimi qaradag rayonunda şəhidin adını daşıdığı 228 nömrəli tam orta məktəbin qarşısında keçirildi. Tədbirdə şəhidin ailə üzvləri,vətən müharibəsi veteranları, rayon icra nümayəndələri də iştirak etdilər. Qəhrəmanın qardaşı Əli Kazımov onun adın daşıyan bulağın açılışını etdiyi üçün qürur hissi keçirdiyini bildirdi.

Qeyd edək ki, 1-ci Qarabag müharibəsi şəhidi əliheydər kazimov 1963 -cü ildə Əlibayramlı şəhərində doğulub.1970 - ci ildə şəhərdəki orta məktəbin I sinifinə daxil olub, V sinifə qədər burada oxuyub, daha sonra təhsilini H.Cavid adına 132 saylı orta məktəbdə davam etdirib. 1976-1980- ci illərdə Asəf Zeynallı adına musiqi məktəbinin fortepiano şöbəsində daxil olan Əliheydər 1990-1992-ci illərdə Qaradağ rayonunun Sahil qəsəbəsindəki 228 saylı orta məktəbdə musiqi müəllimi kimi işləyib. Elə həmin məktəb indi onun adını dayışıyır. 1992 -ci il 1-ci qarabağ döyüşləri başlayanda vətənin qərəman oğullari kimi əliheydər də döyüşə yollanib .1992- ci il iyunun 20-də Füzuli rayonunun Qacar kəndi uğrunda gedən ağır döyüşlərin birində yaralanaraq Bakıya gətirilib, lakin qrad qəlpələri səbəbindən aldığı xəsarətlər nəticəsində Əliheydəri yenidən həyata qaytarmaq mümkün olmayib. ƏLİHEYDƏR KAZİMOV 1992-ci il iyulun 2-də vəfat edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.