Cəmiyyət

Məktəblərdə nöqsanlar aşkarlandı - VİDEO

10 İyul 2021 16:37
1 Şərh     Baxış: 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin koordinatorluğu ilə 26 may-9 iyun tarixlərində Bakı, Abşeron, Sumqayıt, Gəncə və Şəki ərazisində yerləşən 137 məktəbdə monitorinq aparılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, monitorinq nəticəsində yoxlama aparılmış 68 dövlət məktəbində müxtəlif xarakterli qayda pozuntuları aşkar edilib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmisi Könül Əhmədovanın sözlərinə görə, monitorinqlər Nazirlər Kabinetinin qərarı əsasında həyata keçirilir.

Monitorinqlərin müxtəlif regionlarda yerləşən və təsadüfi seçim əsasında müəyyən edilən digər məktəblərdə də həyata keçirilməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.