Cəmiyyət

Tağıyevin heykəli hazırdır

1 İyul 2021 13:34
0 Şərh     Baxış: 684
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hacı Zeynalabdin Tağıyevin heykəli hazırdır.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya heykəlin müəllifi Xanlar Əhmədov məlumat verib.

O bildirib ki, heykəl il yarımdır, hazırdır, lakin pandemiya və digər səbəblərdən qoyulması yubanırdı.

X. Əhmədov heykəlin iki ay ərzində təyin olunmuş yerdə - İçərişəhər metrosunun yanında ucaldılacağının gözlənildiyini bildirib.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Z. Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi müsabiqənin qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory