Cəmiyyət

Bakıda 7 avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO

1 İyul 2021 07:46
0 Şərh     Baxış: 1 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Xətai rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nəsrəddin Tusi küçəsində qeydə alınıb.

Hələ ki sürücüsü naməlum olan 90-MK-509 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobil yüksək sürətlə əvvəlcə əks istiqamətdə hərəkətdə olan "VAZ 2115", "Ford", daha sonra "Chevrolet", "Kia", "Hyundai" və "Opel" markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində "Kia" markalı avtomobilin sürücüsü Nərgiz Məmmədova sol ayağının sınığı xəsarətləri ilə özəl klinikaların birinə, Şıxalıyev Seyran Nadir oğlu isə baş beyinin əzilməsi diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən "Toyota"nın sürücüsü ərazidən uzaqlaşıb. Xətai Rayon Polis İdarəsinin təhqiqatçıları əraziyə gəlib. Avtotexniki ekspertiza təyin edilib. Sürücünün axtarışı davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.