Hacıqabulda döyülmə hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Ağacanlı kəndində qeydə alınıb.
Kənd sakini, 1971-ci il təvəllüdlü Səfərova Qaratel Məmiş qızı oğlu tərəfindən döyülərək müxtəlif xəsarətlər alıb. O, əvvəlcə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardım alıb, sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.
Anasını döyən oğlanın ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az