Cəmiyyət

Qubada daha 3 su anbarı inşa olunacaq - VİDEO

17 İyun 2021 13:14
Baxış: 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rayonun su ilə təminatı yaxşılaşdırılır

Milli.Az Real TV-ə istinadən bildirir ki, son illər iqlim dəyişikliyi ilə əlaqədar şimal bölgəsindəki çaylarda suyun həcminin azalması müşahidə edilir. Bu da öz növbəsində yay aylarında suvarma suyuna olan təlabatı ödəməkdə müəyyən çətinliklər yaradır. Lakin tezliklə respublika ərazisində tikiləcək 10 su anbarının 3-ü Qubada inşa olunacaq. Bununlada yaşanan çətinlik tamamilə aradan qalxacaq.

Belə ki, qış aylarında anbara toplanan sudan yaz və yay aylarında suvarma məqsədi ilə istifadə ediləcək.

Quba ölkəmizin ən böyük mevyəçilik rayonlarından biridir. Ötən il rayonda məhsulverən 14 min hektar meyvə bağından 130 min ton meyvə yığılıb. Bu isə əvvəlki illərlə müqayisədə 15-20 faiz artım deməkdir. Məhsuldarlığın artması ilk növbədə suvarma suyundan asılıdır. Cari ildə təsərrüfat sahiblərini fasiləsiz suvarma suyu ilə təmin etmək məqsədi ilə Quba Suvarma Sistemləri İdarəsi tərəfindən lazımi tədbirlər görülüb.

Belə ki, rayon ərazisində suvarılan 26 min 300 hektar sahənin suvarılmasını təmin edən torpaq kanallar lil və kol-kosdan təmizlənib. Həçminin sahələrə vaxtında və itkisiz su çatdırmaq məqsədi ilə mövcud torpaq kanallar beton kanallarla əvəz edilib.

Qeyd edək ki, görülən tədbirlər nəticəsidə bağ sahələrini vaxtında suvara bilən fermerlərin meyvəçiliyə marağı daha da artıb. Fermerlər xüsusilə son illər damlama üsulundan istifadə etməklə superintensiv bağçılığa maraq göstərirlər. Bu bağlarda həm məhsuldarlıq yüksək olur həm də suvarma suyuna xeyli qənaət edilir.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.