Cəmiyyət

İyunun 15-də metro işləyəcək - RƏSMİ

14 İyun 2021 14:57
Baxış: 1 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 15-də Bakı Metropoliteni fəaliyyətini davam etdirəcək.

Bunu Milli.Az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü bayram kimi qeyd edilsə də, həmin gün metronun fəaliyyətinin dayandırılması ilə bağlı heç bir qərar olmayıb: "Ümumilikdə iyun ayı ərzində metro stansiyaları hər gün səhər saat 06:00-dan 00:00-dək fəaliyyətini davam etdirəcək. Yalnız iyun ayının 16-da Avro-2020 Futbol üzrə Avropa Çempionatının Bakıda keçiriləcək növbəti oyunu ilə əlaqədar azarkeşlərin vaxtında mənzil başına çatdırılması üçün Bakı metropoliteninin stansiyaları gecə saat 02:00-a qədər fəaliyyət göstərəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.