Cəmiyyət

Bakıda üç nəfəri avtomobil vurub

12 İyun 2021 08:38
Baxış: 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Xəzər rayonunda üç piyada yol qəzası zamanı xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Mərdəkan qəsəbəsi, Pioner küçəsində baş verib.

1985-ci il təvəllüdlü Cəfərov Eldar Fikrət oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Elşad İsrail oğlu və 1961-ci il təvəllüdlü Əliyev Akif Höcət oğlu yolu keçərkən onları "NİVA" markalı avtomobil vurub. Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.