Cəmiyyət

"Allah heç birinizə belə dəhşətli anlar yaşatmasın" - Şəhid jurnalistin qardaşıdan paylaşım

9 İyun 2021 15:58
Baxış: 1 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 4-də Kəlbəcərin Susuzluq ərazisində minaya düşərək həlak olan "AzTV"nin operatoru Sirac Abışovun qardaşı Şirzad Səmədov qardaşı haqqında paylaşım edib.

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, o, bu barədə Facebook səhifəsində yazaraq, ağır günlərində onlara dəstək olan dost və yaxınlarına ailəsi adından təşəkkür edib.

"Açığı belə bir status yazdığım üçün sözlə ifadə edə bilməyəcək qədər kədərliyəm. Bu ağır günlərdə yanımızda olduğunuz üçün sizə ailəmiz adından çox sağ olun deyirəm. Allah heç birinizə belə dəhşətli anlar yaşatmasın. Nə qədər ağır olsa da, bizim üçün həyat davam edir".

O, qardaşının yeganə övladını layiqincə boya-başa çatdırmaq üçün dostlarından özünə və ailəsinə səbr diləməyi xahiş edib. 

"Sirac bizi cismən tərk etsə də, ruhən yanımızda olduğuna inanırıq. Çox çətindir bizə, Allahdan səbr diləyin, diləyin ki, yadigar qoyduğu bir övladı Özgür üçün atasızlıq ağrısını qismən də olsa ona az hiss elətdirək".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.