Silk Way West Airlines əməkdaşları peşə bayramı münasibətilə təltif edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2 iyun - Mülki aviasiya günü münasibətilə Silk Way West Airlines şirkətinin bir sıra əməkdaşları yüksək peşəkarlıq və əzmkar fəaliyyətlərinə görə təltif ediliblər. Peşə bayramı ilə əlaqədar Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmri ilə şirkət əməkdaşlarına mükafatlar təqdim edilib. Beləliklə, Silk Way West Airlines əməkdaşları - uçuşların idarəedilməsi üzrə vitse-prezident Rasim Əşrəfov, Boeing 747-400 tipli HG-nin 2-ci pilotu Ruslan Bayramov, habelə şirkətin Silk Way Technics filialının aviasiya və radioelektron avadanlığı üzrə aviasiya texniki Anatoliy Yeremeyev "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı ilə təltif ediliblər.
Silk Way Group-un prezidenti Zaur Axundov mükafatlara layiq görülmüş əməkdaşları peşə bayramı münasibətilə şəxsən təbrik edib, mükafatları onlara təqdim edərək uğurlar arzulayıb.
"Milli aviasiyamızın uğurları və əməkdaşlarımızın nailiyyətləri bizi daim fərəhləndirir. Göstərdiyiniz yüksək əzmkarlıq və fədakar əməyə görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Hər birinizə peşə fəaliyyətinizdə yeni nailiyyətlər və uğurlar arzu edirəm!" - deyə Zaur Axundov əməkdaşlara müraciətində vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı il tarixli Fərmanı ilə 2 iyun tarixi mülki aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunur.
2006-cı ilin iyul ayında təsis edilmiş Silk Way Group dinamik inkişaf edən şirkətlər qrupu olaraq Azərbaycan iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. 2019-cu ildə həyata keçirilmiş struktur dəyişikliyindən sonra Silk Way Group şirkətlər qrupunun tərkibində aviasiya yükdaşımaları və hava gəmilərinə texniki xidmət göstərən üç şirkət - Silk Way Airlines, Silk Way West Airlines və Silk Way Technics fəaliyyət göstərir.
Silk Way West Airlines Xəzər dənizi bölgəsinin ən böyük hava yolu yükdaşıma şirkətidir. 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə ayda 350-dən çox uçuş həyata keçirən Silk Way West Airlines 28 aprel 2021-ci il tarixində Boeing aviakonserni ilə beş ən müasir 777F yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb. 420 min tondan çox illik yükdaşıma dövriyyəsi və 40-dan artıq istiqaməti əhatə edən şəbəkəsi ilə Silk Way West Airlines Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu "2020-ci ilin yükdaşıma aviaşirkəti" adına layiq görülüb.
Silk Way Technics müxtəlif növ hava gəmilərinin cari təmiri və texniki baxışı üzrə geniş xidmətlər göstərir. Şirkətin hava gəmilərinə göstərdiyi texniki xidmət bir çox ölkələrin aviasiya qurumları tərəfindən qlobal miqyasda tanınıb.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Xarici İşlər Nazirliyi üzrə diplomatik xidmət imtahanının birinci mərhələsi keçirildi
-
Günəşdə güclü enerji partlayışı baş verib
-
Dübəndidə dəniz sahilinin neftlə çirklənməsinin səbəbi açıqlanıb
-
Abşeron çimərliklərində sabahkı hava açıqlandı
-
Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsidir
-
Bakının bir sıra rayonlarında su verilişində 2–3 saatlıq fasilələr olacaq
XƏBƏR LENTİ
-
Akrobatlarımız Dünya kuboku seriyasının qalibləridir - (Foto)
-
Lökbatanda mikroavtobus yük maşınına çırpıldı - (Video)
-
Mürəbbə niyə günəş altında gözlədilir?
-
Bədii gimnastlarımız Dünya çempionatında (Foto)
-
Günay makiyajsız fotosunu paylaşdı
-
Tramp: Starmer istefa verəcək
-
Rəfail Mənsimzadə vəfat etdi - FOTO
-
Elgiz Əkbərin yeni işi
-
“Qarabağ” Bədavi Hüseynovla yeni müqavilə imzalayıb
-
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - (Video)
-
Tramp İrana sərt xəbərdarlıq etdi: “Hizbullah dəstəyi dayandırılmalıdır”
-
Azərbaycan Xarici İşlər Nazirliyi üzrə diplomatik xidmət imtahanının birinci mərhələsi keçirildi
-
Abşeronda yol-nəqliyyat qaydalarını pozan 45 motosikletçi saxlanılıb
-
Günəşdə güclü enerji partlayışı baş verib
-
İçərişəhərdə El Calor en Baku Beynəlxalq Tanqo Festivalı və Argentina Mədəniyyəti Həftəsinin möhtəşəm açılışı keçirilib - FOTO
-
Rusiyada göyərtəsində iki nəfər olan helikopterdən xəbər yoxdur
-
ABŞ-İran danışıqları başlayıb - Yenilənib
-
Dübəndidə dəniz sahilinin neftlə çirklənməsinin səbəbi açıqlanıb
-
Ceyms Berrouz vəfat etdi
-
Abşeron çimərliklərində sabahkı hava açıqlandı
-
Mundialla vidalaşacaq üçüncü komanda müəyyənləşdi
-
Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsidir
-
“Krımdan hücumlar artıq effektiv deyil” - Ukrayna PUA komandanı
-
Bakının bir sıra rayonlarında su verilişində 2–3 saatlıq fasilələr olacaq





