Cəmiyyət

Fuad Xankişiyev: Şəhidliyə can atan qəhrəman - VİDEO

4 İyun 2021 18:18
Baxış: 960
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şəhid Fuad Xankişiyev vətən müharibəsinə yollananda qeyrət davamızdır demişdi. Füzuli, Xocavənd və Şuşa uğrunda gedən qızğın döyüşlərdə  düşmənin canlı qüvvəsinin məhv edilməsində fəal iştirak edib. Ölümündən sonra o 3 medalla təltif olunub.

Milli.Az xezerxeber-ə istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsində canını fəda edərək torpaqlarımızın işğaldan azad edilməsində onun da payı var. Söhbət 1996-cı il aprelin 12-də Mingəçevirdə anadan olmuş Fuad Xankişiyevdən gedir. Uşaq yaşlarından maraqlı əl işləri və idmana marağı ilə seçilib. Cüdo üzrə şəhər və ölkə birinciliklərinin qalibi olub. 

O, Vətən müharibəsinə ötən il oktyabrın 5-də qatılıb. Füzuli, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Ötən il noyabrın 3-də qəhrəmancasına şəhid olub.

İki bacının yeganə qardaşı olan Fuad Xankişiyev qohum əqrabanın sevimlisiydi. Döyüşə gedəndə isə babası ilə görüşüb ondan xeyir-dua alıb.

24 yaşında şəhidliyə ucalan Fuad Xankişiyev, ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə'', Füzulinin azad olunmasına görə'' medalları ilə təltif edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.