Cəmiyyət

Günün qoroskopu: Daxili harmoniyaya nail olun

23 İyun 2021 00:01
10 Şərh     Baxış: 5 953

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - əlavə işlər görməyin. Gün xoşagəlməz sürprizlər vəd edir. Həddən artıq diqqətli, sərvaxt olun. Ev işlərini qulaqardına vurmayın.

Alış-verişdə çox pul xərcləməyin.

Günün ikinci yarısında mübahisəyə qatılmayın. Əsəbisiniz. Emosional davranışınız işləri korlaya bilər.

Yad təsirdən qorunun, məramlarınızdan əl çəkməyin.

Yaxşı tanımadığınız insanla sirr bölüşməyin.

Axşam saatları ciddi məsələlərin müzakirəsi üçün əlverişli deyil.

Buğa - şanslar və imkanların bol olduğu gündür. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Maneələr və sədlər sizi sapdırmamalıdır. Hadisələrin yeni mərhələsi formalaşır. Yeni planlar qurun.

Günün ikinci yarısında aktiv fəaliyyət göstərin. Görəcəyiniz işləri dəqiqləşdirin. Problemin çözümünə ailə üzvlərini də cəlb etmək olar.

Yaradacılıqla məşğul olmaq da mümkündür.

Axşam saatlarında normal istirahət etməyə can atın. Özünüzü rahat hiss etdiyiniz yeri seçin.

Əkizlər - praktik olun, situasiyanı qiymətləndirin. Məqsədə doğru əzmlə hərəkət edin. Maraqsız və mənasız işlərə vaxt sərf etməyin.

Fəaliyyət sizdən qarşılıqlı anlaşma və yaxşı reaksiya tələb edir. Yeniliklərlə bağlı tələsik fikir yürütməyin. Fərqli ritm olmalıdır. Əməkdaşlığın şərtlərini təhlil edin.

Günün ikinci yarısında dominion mövqe tutmağa can atırsınızsa, ətrafınızdakı insanların istəklərini qulaqardına vurmayın. Bəzi hadisələri təxminləyə bilsəniz, vəziyyətə təsir rıçaqlarına yiyələnəcəksiniz.

Hədəfə çatmağın daha asan, sərfəli yollarını tapın.

Şəxsi münasibətlərdə təşəbbüsü ələ alın.

Xərçəng - dostların və tanışların təkliflərindən istifadə edin. Yeni tanışlıq, faydalı mübadilə üçün əlverişli zamandır.

Kənardan təsirlər azdır. Maraqlandığınız işlə məşğul ola bilərsiniz. Formalaşan situasiyanın tələblərini nəzərə alaraq fəaliyyətinizdə bəlli korrektələr edin.

Təcili olmayan məqamların həllini ertələyə bilərsiniz.

Günün ikinci yarısında yazışma informativ olacaq. Müzakirələri gərəkli saydığınız məcraya yönəldin. Bundan sonrakı prioritetləri müəyyənləşdirin.

Axşam saatları romantik anlar vəd edir.

Şir - mühüm işlərdən birində ləngimələr və təxirəsalmalar yarana bilər. Problemlərin sayı artacaq. Maneələrin dəf olunması vaxt və qüvvə tələb edir. Kobud səhvlərə yol verməyin. Başqasının yanlışlığını bağışlamağı bacarın.

Günün ikinci yarısında irəliyə doğru hərəkətdə fərqli istiqamət seçə bilərsiniz. Kənar təsir altına düşməyin. Prosesi qismən də olsa, nəzarətdə saxlmağa çalışın. Fəaliyyətinizin keyfiyyətini, səmərəsini artırın.

Axşam saatlarında gərginlikdən qurtulun. Pozitiv olun. Stressin quluna çevrilməyin.

Qız - əsas məsələni diqqətdə saxlamaqla yanaşı, təfərrüatlara və xırdalıqlara da fikir verin. Səmimi, qayğıkeş olun. İntriqalardan uzaq durun. İşdə rəhbərliyin tapşırığını vaxtında yerinə yetirin. Emosiyalara uymayın. Əks halda sonradan sizi pərişan edəcək hadisə baş verə bilər.

Günün ikinci yarısında müxtəlif məlumatlar alacaqsınız. Hiperaktivlik etməyin, ünsiyyəti mübahisələrlə "zənginləşdirməyin".

Fəaliyyətinizi dürüst planlaşdırın. Sövdələşmə və yeni layihələr üçün münasib zaman deyil. Məşğul olduğunuz işi tamamlayın.

Şəxsi münasibətlərdə sərinlik yarana bilər. Səbrli olun.

Tərəzi - çoxdan bəri reallaşdırmaq istədiyiniz işə başlamaq üçün əlverişli vaxtdır. Tələskənliyə yol verməyin, aramla çalışın. Yarımçıq işlər qoymayın.

Yaxın ətrafınızdakı insanlarla bağlı narazılıq yarana bilər. Fəqət, gərginlik yaratmayın, münaqişə səbəbkarına çevrilməyin. Proseslərə kənar müdaxilə yolverilməzdir.

Günün ikinci yarısında bəzi əlaqələri bərpa etmək mümkündür. Bəzi məsələlər nəzərdə tutduğunuzdan artıq vaxt və zəhmət tələb edəcək. Şəraitin diqtə etdiyi seçim imkanları məhduddur. Axşam saatlarında maraqlı təklif ala bilərsiniz.

Əqrəb - eqoist olmayın, təşəxxüslü və xudbin insan təsiri bağışlamayın. Tərəfdaşınızın maraqlarını nəzərə alın. Ehtiyatları artırın, fəaliyyət arealını nizama salın. Stabilliyə ehtiyacınız var.

Böyük xərclər tələb edən zamandır. Maliyyə vəsaitinizi nəzarətdə saxlayın. Yalnız, gerçəkdən də, ehtiyac duyduğunuz əşyalar alın.

Günün ikinci yarısında planlar dəyişəcək. Sizə dəyər verən insanların yardımları ilə problemi həll edə bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla manipulyasiya etməyin. Bütün fikrinizi işə yönəldin, nəticə əldə etməyə çalışın.

Axşam saatlarında aktiv istirahəti seçin.

Oxatan - təmaslarda və müzakirələrdə mövqelərinizdən geri çəkilməyin. Vədlərə əməl edin, anlaşmaların şərtlərini pozmayın. Yeni layihəyə tələsmədən başlayın.

Yalnız etibar etdiyiniz tərəfdaşla, sınanmış insanlarla işləyin. Böyük maliyyə xərcləri tələb edən innovasiyaları təxirə salmaq olar. Sənədləşdirmədə gecikmələr olacaq. Sorğu və ya məktublar cavabsız qala bilər.

Günün ikinci yarısında potensialınız və qüvvələriniz dürüst hesablanmazsa, ifrat yorğunluq istisna deyil. Diqqət mərkəzində olmağa can atmayın.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Oğlaq - problemlərin mahiyyətini və yaranma səbəblərini araşdırın. Ünsiyyət çevrənizi genişləndirin. Yeni tərəfdaşlara ehtiyacınız var.

Mənasız söhbətlərə qatılmayın. Dedi-qoduların daşıyıcısına sevrilməyin.

Parlaq yeniliklər və maraqlı olaylar gözləyirsinizsə, zənninizdə aldana bilərsiniz. Daxili rahatlığı dəyərləndirin. Gələn xəbərləri təhlil edin.

Riskə aludə olmayın, avantüralara qatılmayın.

Günün ikinci yarısında bütün diqqəti işə yönəldin. Həmkarlar və ya tərəfdaşların tənqidlərinə aqressiv reaksiya verməyin.

Axşam saatlarında evdə faydalı işlə məşğul olun. İntellektual işlərlə yanaşı, fiziki təmrinləri də unutmayın.

Dolça - günün ilk yarısında planlarda dəyişiklikər labüddür. Yaxınlarınızdan birinin təcili yardıma, köməyə ehtiyacı var. Çətin vəziyyətə düşən insana laqeyd qalmayın. Görüləsi işlərin sayı artacaq. Narahat olmayın, ağır problemlərin öhdəsindən gələ bilərsiniz.

Günün ikinci yarısında şəxsi münasibətlərdə emosiyaların əsiri olmayın. İnadkarlıq etməyin, qarşı tərəfi anlamağa çalışın. Sözlərinizə diqqət verin.

Yaşam arealında qayda yaradılması sizə estetik həzz verə bilər. Daxili harmoniyaya nail olun.

Balıqlar - yaşam arealınızda yeniliklərə başlamaq olar. Bəzi məqamlarla və əlaqələrlə vidalaşmalı olacaqsınız. Qətiyyətli olun, iradəli davranın. Təmir, dəyişikliklər, yenilənmələr üçün pis gün deyil.

Günün ikinci yarısında qüvvənizi və enerjinizi ünvanlaya biləcəyiniz istiqamətləri dəqiqləşdirin. Yarımçıq işləri başa vurun. Fəaliyyətdən maksimal gəlir əldə etməyə çalışın. Yaxın ətrafınızdakı insanlar sizi dilə tutur, nəyəsə vadar etməyə can atırlarsa, "yox" deməyi bacarın.

Planlarınızda olmayan məsələlərə çoxlu vaxt və səylər ayırmayın. Münaqişəli situasiyalarda təmkinli davranın, səbrli olun.

Karyeranızda yeni perspektivlər var. Amma hələlik hər şey danışıqlar və müzakirələr səviyyəsindədir.

Milli.Az

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Goy_○●GozLu_GirL○● · 23 İyun 00:0520

    Ekizlerde praktik olmaq lazim...!

    Cavab yaz
  • Anonim
    aynur · 23 İyun 00:0510

    Salam burclere inanan varsa yazsin

    Cavab yaz
  • Anonim
    ALEKS❤️ · 23 İyun 16:2320

    Salam dostlar.Şərhlərə icazəni indi gördüm.Çox şad oldum.Neçə müddət idi ki,hər zaman bu icazəni,günü gözləyirdim....inanırdım ki,nə vaxtsa icazə olacaq....dostlarla hal əhval tutacam,yeni söhbətlər olacaq.İnşəallah yeni olacaq səmimi dostları salamlayıram. ,,,Köhnə Dostlar hardadır???Səsiniz gəlsin!!!,,,Həmişə olduğu kimi ad çəkmirəm...komentləriniz üçün bərk darıxmışam,gözləyirəm.Milli.az səmimi təşəkkürümü qəbul eylə.Sayğılarla @ALEKS

    Cavab yaz
  • Anonim
    Melek b · 23 İyun 20:3550

    Salamlar olsun tanidiqim bütün şərhcilərə

    Cavab yaz
    • Anonim
      5757. · 24 İyun 12:2930

      Tanımasam da əleykumə salam ! Hamının gunu xoş və şən kecsin ,inşallah ! Amin !

      Cavab yaz
      • Anonim
        Melek b · 24 İyun 18:2310

        12.29 sizədə salam

        Cavab yaz
    • Anonim
      ALYaSkA · 24 İyun 13:1740

      Her kese salam)Xoş gorduk Melek.b sene xususile salamlar,necesen? Men bilen axirinci defe şerh bolumu oktyabr,ya noyabrda acilib. Sonrasini bilmirem, hec baxmamisam..Kohne tanislara salam olsun.

      Cavab yaz
      • Anonim
        Melek b · 24 İyun 18:2330

        Salam Alyaska.❤salamlar olsun sənə***

        Cavab yaz
  • Anonim
    Esra Şamaxılıya · 25 İyun 09:4207

    Esra. Ağrım cijinin ağzına. Kserks.

    Cavab yaz
  • Anonim
    Nara · 25 İyun 16:2600

    Serhler ucun bolumu indi gordum coxx sevindim nece darixmisdim bura ucun.cax sag olun.tesekkkkur

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.