Cəmiyyət

Xudayarı təhqir etdiyinə görə döyülən Fuad Rəsulzadə haqqında RƏSMİ AÇIQLAMA

29 Aprel 2021 09:31
Baxış: 6 811
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkədə şəhid Xudayar Yusifzadə haqqında xoşagəlməz ifadələr yazdığına görə küçədə döyülən Fuad Rəsulzadənin görüntüləri yayıldıqdan sonra polis məsələni araşdırmağa başlayıb.

Məsələ ilə bağlı Milli.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, hadisədən məlumatlıdırlar.

Məsələ ilə bağlı araşdırma aparılacaq.

Vətəndaşa fiziki təzyiq göstərən şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Qeyd edək ki, Fuad Rəsulzadə "tvitter" sosial şəbəkəsində "Xudayar çoxdandır təzə mahnı buraxmır" adlı status yazmışdı. Bu sözlərinə görə sərt tənqid olunan gənci bir qrup şəxs küçədə döyüb.

Həmin videonu təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.