Cəmiyyət

Azərbaycanda nazir müşaviri ictimai qınaqdan qorxdu, statusunu sildi - FOTO

22 Aprel 2021 21:42
Baxış: 2 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəvəsi yaşda qızla qeyri-əxlaqi görüntüləri yayılan eks-deputat Hüseynbala Mirələmovu sosial şəbəkədə müdafiə edən Təhsil Nazirinin müşaviri Elnur Nəsibov ictimai qınaqdan qorxaraq geri addım atmalı olub.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, nazir müşaviri bununla bağlı "Facebook"da yazdığı statusu silib.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) Xətai Rayon Təşkilatının sədri, sabiq millət vəkili, yazıçı Hüseynbala Mirələmovla bağlı yayılan qeyri-əxlaqi video cəmiyyətin böyük narazılığına və geniş müzakirəsinə səbəb olub.

Təhsil Nazirinin müşaviri Elnur Nəsibov da "Facebook" hesabında hadisəyə münasibət bildirmişdi. O, böyük ehtimalla yazıçı H.Mirələmovu nəzərdə tutaraq yazmışdı ki, "Ölkədə hamı əxlaqlı imiş, bir o kişidən başqa..".

Nazir müşavirinin statusundan belə anlaşılırdı ki, sanki ölkədə hamı Hüseynbala Mirələmov ağıldadır, hamı əxlaqsızdır və bu, adi haldır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.