Cəmiyyət

Qarabağdakı ermənilər arasında korona sürətlə artır

11 Aprel 2021 17:54
Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Azərbaycanın Qarabağ bölgəsində, rus sülhməramlılarının məsuliyyət zonasında məskunlaşdırılan ermənilər arasında aparılan test yoxlaması nəticəsində daha 11 ermənidə yoluxma aşkarlanıb.

Milli.Az Axar.az-a istinadla xəbər verir ki, ötən gün cəmi 57 test aparılıb. 57 testin 11-nin nəticəsinin müsbət çıxması isə ciddi faktdır.

Ümumilikdə builki yoluxma sayı 666-dır. Hazırda 27 nəfər xəstəxanada, qalanları evdə müalicə alır.

Qeyd edək ki, rus sülhməramlılarının Qarabağa köçürdüyü ermənilərin rəsmi sayı 52.700-dür. Rus sülhməramlıları onlara pulsuz tibbi xidmət də göstərir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.