Su kanalları təmir olunur - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağsu Maşın Qolu kanalına beton üzlük vurulur, qurğuları sazlanır
Milli.Az Real TV-ə istinadən bildirir ki, "Durduğumuz bu kanal Yuxarı Şirvan kanalının Ağsu Maşın Qolu kanalıdır. Bu kanal 1980-cı ildən istifadəyə verilib. Gördüyünüz kimi kanalın müəyyən yerləri çox yararsız hala düşmüş, beton örtüyü erroziyaya uğramışdı. Hər il bu kanalda əsaslı və cari təmir işləri aparılır. Hazırda bu ərazidə beton üzlük vurulur, qurğular təmir olunur".
Bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Əlibala Ağayev deyib.
35.6 kilometr uzunluğunda olan bu kanal rayonun 37071 hektar ərazisinin suvarılmasına xidmət edən əsas su mənbəyi hesab olunur.
Yay dövründə, su olmayan müddətdə Yuxarı Şirvan kanalından nasoslar vasitəsi ilə kanala su verilir və əkin sahələrinin su təminatı yaxşılaşdırılır.
Bu il kanalda 1600 metr əsaslı təmir nəzərdə tutulur. Kanalın 4 kilometrlik hissəsi artıq ötən il təmir olunub. Hazırda suvarma getmədiyi üçün maşın qolu kanalı təmirə dayanıb. Suvarmaya ehtiyac olan ərazilərə isə çaylardan su verilir.
"Rayon ərazisində 967 kilometr uzunluğunda suvarma kanalları var. Kanalların 62 kilometri beton üzlüklü, 148 kilometr hissəsi magistral, 872 kilometr torpaq kanallardır. Bu kanallardan beton örtüklü, borulu kanallarımız var. Biz çalışırıq ki, təmir işlərində əsasən torpaq kanalları beton örtüklü edək. Çünki, su itkisinin qarşısı alınır, gələcəkdə suya olan tələbatı yaxşı təmin etmək üçün biz kanallarda beton üzlüyü gücləndiririk ki, beton üzlüklü kanalların sayı daha çox olsun..." - Əlibala Ağayev bildirib.
Rayonda ən çox taxıl, qarğıdalı və yem bitkiləri əkilir. Son illər rayonda bağçılıq təsərrüfatları da inkişaf etdirilməkdədir.
Ağsuda suvarma sahəsində görülən işlərlə yanaşı, rayon ərazisindən axan və zaman-zaman yaşayış məntəqələrinə, o cümlədən əkin sahələrinə sel təhlükəsi yaradan çaylar da nəzarətdə saxlanılır. Ağsu şəhərinin mərkəzindən axan eyniadlı çayda daş-beton bəndlər tikilib.Qabaqlayıcı tədbirlər gələcəkdə də davam edəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən kanalların təmiri və yenidən qurulmasının önəmli vəzifələrdən biri olduğunu söyləyib. Sovet vaxtında çəkilmiş kanalların böyük əksəriyyətinin torpaq kanallar olduğunu və onların böyük hissəsinin bu gün də fəaliyyətdə olmasını bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıdakı dəbdəbəli toy diqqət çəkdi - (Foto-Video)
-
Saç qaynağının gizli təhlükəsi





