Riskli vergiödəyiciləri barədə məlumatı necə əldə etmək olar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Vergi Xidməti tərəfindən riskli vergiödəyiciləri ilə bağlı məlumatların əldə olunması imkanı yaradılıb və vergiödəyicisinin riskli vergiödəyicisi olub-olmaması haqqında məlumat kommersiya (vergi) sirri hesab edilmir.
Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, riskli vergiödəyiciləri ilə bağlı məlumatlandırma riskli ödəyicilərin əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Çünki vergiödəyicisinin riskli vergiödəyicisi ilə əməliyyatlar aparması onun özü üçün də riskin artması deməkdir. Bu, həm səyyar vergi yoxlaması, həm də digər vergi nəzarəti tədbirlərinin keçirilməsinə əsas ola bilər.
Vergi Məcəlləsinə əsasən, riskli vergiödəyicilərinə münasibətdə bir sıra məhdudiyyətlər tətbiq olunur. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergiödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və ya riskli əməliyyatlar aparan şəxsdir.
Vergiödəyicisinin riskli vergiödəyicisi olması, habelə riskli vergiödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir.
Eyni zamanda, vergiödəyicisi digər bir vergiödəyicisinin riskli vergi ödəyiciləri siyahısında olub-olmadığı haqda məlumatı əldə etmək üçün Dövlət Vergi Xidmətinin "www.e-taxes.gov.az" rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən "ASAN imza") vasitəsilə İnternet Vergi İdarəsinin "Onlayn kargüzarlıq və e-VHF" bölməsinə daxil olub, "Riskli vergiödəyicilərinin axtarışı" xidmətindən istifadə edə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
7-ci sinif şagirdi vəfat etdi
-
"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı - (Video)
-
Yay istisində rahat yatmağın yolları
-
Abşeronda müşahidə edilən çəyirtkələrlə bağlı rəsmi cavab: Vəziyyət nəzarətdədir
-
Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)
XƏBƏR LENTİ
-
Kanada Mərakeşə qarşı
-
ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
-
İçərişəhərdəki Qoşa Qalada açıq hava məkanında Shahin Novrasli Festival açıldı - FOTO
-
"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"
-
Ermənistanda seçki mübahisəsinə son qoyuldu
-
Ağdamda Ata və azyaşlı övladı öldü - Yenilənib
-
Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
İsmayıllıda ağır qəza: 2 ölü var
-
Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"
-
Küləklə bağlı xəbərdarlıq edildi
-
Yasamalda evdə baş verən partlayışın anbaan (Videosu)
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi
-
7-ci sinif şagirdi vəfat etdi
-
Tramp Tokio səmasında
-
Cokoviç Federerə şərik oldu
-
İndoneziyada oğruları görün günə saldılar
-
Avtomobilin təkəri qopdu, bloqer Nigarın “Range Rover”inə dəydi - (Video)
-
“Necə belə adama ərə getmişəm, nələr çəkirəm“
-
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı
-
Qumralın bu görüntüsü müzakirə yaratdı – (Video)
-
İstanbulun bir hissəsini su basdı - (Foto)
-
Masazırda "Ford" yandı
-
Sonaxanım 47 kq arıqlayıb belə oldu - (Video)





