Peyvənddən sonra iflic və ölüm iddiaları ilə bağlı AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər sosial şəbəkələrdə koronavirus infeksiyası (COVID-19) əleyhinə peyvənd olunan şəxslər arasında kənar təsirlər, hətta ölüm hallarının olması ilə bağlı məlumatlar yayılıb. Yaxınlarının "CoronaVac" peyvəndindən sonra halının pisləşdiyini, iflic olduğunu, hətta vəfat etdiyini iddia edən şəxslər var.
Milli.Az xəbər verir ki, qafqazinfo bu məqamlara aydınlıq gətirmək üçün vaksinasiya prosesini təşkil edən dövlət qurumları ilə əlaqə saxlayıb.
TƏBİB-dən bildirilib ki, regionlarda peyvəndlənən şəxslər arasında vaksinin əks təsiri ilə bağlı hər hansı məlumat daxil olmayıb.
Paytaxt üzrə peyvəndlənmə prosesini təşkil edən Səhiyyə Nazirliyi də həmin məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb:
"Son günlər sosial şəbəkələrdə koronavirusa qarşı peyvənd edilən vətəndaşların iflic olması, hətta ölməsi barədə həqiqəti əks etdirməyən məlumatlar yayılır. Bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir və keçirilən peyvənd kampaniyasına qarşı atılan addımdır".
Nazirlikdən, həmçinin bildirilib ki, təkcə "COVID-19"a qarşı vaksin yox, bütün vaksinlər vurulduqdan sonra müəyyən yan təsirlər özünü göstərə bilər. Halsızlıq, qısamüddətli baş ağrıları, yüngül hərarət və ya inyeksiya yerində az miqdarda ağrı baş verə biləcək normal hallardır: "Bəzən vaksinin həyəcanından təzyiqin qalxması da mümkündür. Nəzərinizə çatdırırıq ki, bu zamana qədər hər hansı ciddi bir vəziyyət və yaxud şikayətlə qarşılaşmamışıq".
Qeyd edək ki, ölkə əhalisinin "COVID-19" əleyhinə peyvəndlənməsinə bu il yanvar ayının 18-dən etibarən başlanılıb. Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 407,979 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
XƏBƏR LENTİ
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib





