Cəmiyyət

Bakının mərkəzində quzuya “pampers” geyindirərək gəzdirən şəxslərlə bağlı DİN-dən açıqlama

3 Mart 2021 11:12
Baxış: 2 093
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyi ötən axşam Bakının mərkəzində quzuya uşaq bezi geyindirərək gəzdirən iki nəfərin saxlanılması ilə bağlı məsələyə aydınlıq gətirib.

DİN-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, həmin şəxslərə izah olunub ki, pandemiya səbəbindən insanların bir araya toplaşması yol verilməzdir:

"Həmin şəxslərə izah olunub ki, xüsusi karantin rejimi dövründə insanların sıx toplaşmağına səbəb olan hərəkətlər yolverilməzdir. Bundan əlavə şəhər mərkəzində quzu gəzdirmək olmaz.

Onlarla profilaktik söhbət aparılıb və sərbəst buraxılıblar. Həmin şəxslər cərimə edilməyib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.