Kişinyov şəhərində Xocalı soyqırımının qurbanları yad edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Moldova Azərbaycanlıları Konqresinin (MAK) təşkilatçılığı ilə Kişinyov şəhərində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, pandemiya ilə əlaqədar qaydalara əməl edilməsi şəraitində təşkil edilən tədbir paytaxtın "TİME" otelinin konfrans-zalında gerçəkləşdirilib.
Tədbirdə Moldova XİN-in, Türkiyə, Bolqarıstan, Macarıstan, Rusiya Federasiyası, Belarus, Ukrayna səfirliklərinin təmsilçiləri, Moldova parlamentinin deputatları, Ukrayna, yəhudi və digər icmaların nümayəndələri iştirak ediblər.
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Giriş sözü ilə tədbiri aşan MAK sədri Elçin Bayramov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birlışmələrinin Xocalının dinc sakinlərinə qarşı törətdiyi soyqırım aktı barədə ətraflı məlumat verib. "Heç kimə aman verməyiblər! Dinc sakinlərin əksəriyyəti yaxın məsafədən qətlə yetiriliblər, xilas olmaq istəyərkən güllləniblər. Ermənilərin Xocalıdakı vəhşiliyi müharibə qanunlarına ziddir", - deyə konqres sədri vurğulayıb.
Tədbirdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov, Türkiyənin Moldovadakı səfiri Özlim Okuyudz, millət vəkilləri Dmitri Dyakov, Vladimir Ostalko, Nikita Tsurkan, MAK sədrinin müavini Ramiz Ənsərov, Effektiv siyasət institutunun direktoru, tarixçi alim Vitali Andriyevski, azərbaycanlı icmanın üzvləri Maarif Rəhimov və Yasin Seyidov çıxış ediblər.
"Xocalı qətliamının qurbanlarına görə azərbaycanlıların acısı indiyədək keçməyib. 26 fevral - Azərbaycanda anım günüdür. Moldovadakı Azərbaycan diasporu da tarixi Vətəni ilə birlikdə kədərlənir. Və bu elə ağrıdır ki, həmişəlik xalqımızla birlikdə qalacaq", - deyə, MAK sədrinin müavini Ramiz Ənsərov bildirib.
Səfir Qüdsi Osmanov qeyd edib ki, 29 il əvvəl Azərbaycan və dünya ictimaiyyəti misli görünməmiş faciədən sarsılmışdılar: "Ermənistanın silahlı cinayətkar birləşmələri Xocalının dinc sakinlərinı qəddarcasına divan tutdular. Bu dəhşətli əməliyyatın qurbanlarının sayı yüzlərlə, sındırılmış talelər minlərlə ölçülür".
Tədbir Xocalı qurbanlarının ruhuna duaların oxunması və Xocalı soyqırımına həsr edilmiş guşənin önünə güllərin düzülməsi ilə yekunlaşıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
XƏBƏR LENTİ
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək
-
“Brent” markalı neftin qiyməti ucuzlaşdı
-
Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
-
"İran yaralanıb, amma ləyaqətini qoruyub saxlayır"





