Gəncədə qarın törətdiyi fəsadlar aradan qaldırılır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün axşam saat 18:00 radələrindən başlayaraq Gəncəyə yağan güclü qar bir sıra fəsadlar törədib.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, şəhərin bir sıra ərazilərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb, yağan qarın ağırlığına dözməyən ağac budaqları sınıb: "Gəncə Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışır. Axşam saatlarından başlayaraq, daxil olmuş məlumatlar əsasında qırılan ağac budaqları ərazilərdən yığışdılır, yollara qum-duz qarışığı səpilir, səkilər və piyada keçidləri qardan təmizlənir. İşlərə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda işçi qüvvəsi və texnikası cəlb olunub".
Gəncə şəhər İcra Hakimiyyətinin MKTİB-nin rəis müavini Elşad Əsgərov Trend-ə bildirib ki, yağan qar ciddi fəsadlara yol açmayıb: "Səhər saat 06.00-dan başlayaraq şəhərin əsas küçə və prospektlərində, habelə Gəncəçay üzərində olan 5 körpüdəki avtomobil yollarına 30 tona yaxın qum-duz qarışığı səpilib. Qırılan ağac budaqlarının ərazilərdən yığışdırılması üçün 6 ədəd texnika ayrılıb və hazırda bu istiqamətdə işlər davam edir. Bununla yanaşı yerüstü piyada keçidləri qardan təmizlənir. Yol kənarına toplanan qar da ayrılan 2 traktor və 6 avtomobil vasitəsilə ərazidən daşınır.
Yağan güclü qar, həmçinin Gəncənin bir sıra ərazilərini işıqsız qoyub. "Azərişıq" ASC-nin Qərb Regional İdarəsinin əməkdaşları gecə saatlarından başlayaraq yaranmış fəsadların aradan qaldırılması istiqamətində iş aparırlar. Gecə və səhər saatlarında şəhərin bir çox ərazisində elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda işlər davam etdirilir".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
XƏBƏR LENTİ
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov





