Cəmiyyət

“Azərbaycan evləri” videolayihəsi təqdim olunur

17 Fevral 2021 17:49
Baxış: 507
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan evləri ilə bağlı videolayihə təqdim edir.

Komitədən Milli.Az-a bildirilib ki, videolayihədə Azərbaycan evlərinin hansı məqsədlə yaradılması, ölkəmizin təbliği baxımından əhəmiyyəti, evlərdə keçirilən tədbirlər və həmin tədbirlərdə xaricilərin iştirakı barədə məlumat verilir.

Qeyd edək ki, hazırda İspaniya, Almaniya, Gürcüstan, Polşa, Ukrayna, Türkiyə, Macarıstan, Estoniya, Avstriya və bir sıra başqa ölkələrdə ümumilikdə 12 "Azərbaycan evi" açılıb və səmərəli fəaliyyət göstərir.

"Azərbaycan evləri" videolayihəsi ilə burada tanış olmaq olar:

https://www.youtube.com/watch?v=oj_XZnxKRIU&t=1s

https://www.youtube.com/watch?v=8bOV3_u7kIE&t=18s

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.