Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun şəhid olduğu yerdə fotoşəkli əks olunan lövhə qoyulub.
Milli.Az unikal.org-a istinadən bildirir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Füzuli, Zəngilan və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Milli.Az